Emrelinin komandası qələbə qazandı -Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 5 matç keçirilib. Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Bolqarıstanda "Lüdoqorets"in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. Emreli belindən ağrı səbəbindən bu görüşdə iştirak edə bilməyib.
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin digər oyunları avqustun 3-ü keçiriləcək.
2 avqust
21:00. "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2
Qollar: İbrahim Akanbi Raşid, 36-pen - Tomaş Hori, 41-pen, Pavel Buça, 55
21:45. "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:2
Qollar: Bernard Tekbetey, 22 - Dino Periç, 6, Sercio Padt, 9-avtoqol
22:00. "Monako" (Fransa) - PSV (Niderland) - 1:1
Qollar: Aksel Disasi, 81 - Coi Verman, 38
22:45. "Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya) - 2:0
Qollar: Teddi Teuma, 27. Dante Vanzeyr, 76-pen
23:00. "Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka) - 4:1
Qollar: Qonsalu Ramuş, 17,33, 61, Entso Fernandes, 40 - Pione Sisto, 78-pen
3 avqust
20:00. "Bodo Qlimt" (Norveç) - "Jalgiris" (Litva)
20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)
21:00. "Makkabi" (Hayfa, İsrail) - "Apollon" (Limassol, Kipr)
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Şturm Qrats" (Avstriya)
22:45. "Srvena Zvezda" (Serbiya) – "Pünik" (Ermənistan)
Oxşar xəbərlər
Kiyevlilər "Benfika" önündə tab gətirmədi - Çempionlar Liqası
Pley-offa yüksələnlər - Çempionlar Liqası
3-cü mərhələnin ilk oyunlarına yekun vurulacaq - Çempionlar Liqası
"Qarabağ" və digərləri... 3-cü təsnifat mərhələsinin bütün cütləri
"Qarabağ"ın potensial rəqibləri bəlli oldu - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası