reklam
DÇ-2030 üçün daha 4 ölkə namizəd oldu
Sportfm.az xəbər saytı

DÇ-2030 üçün daha 4 ölkə namizəd oldu


Uruqvay, Argentina, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə namizədliyini irəli sürüb.

Sportfm.az xəbər verir ki, bu barədə KONMEBOL-un (Cənubi Amerika Futbol Konfederasiyası) rəsmi saytı məlumat yayıb.

Bu ölkələr dünya çempionatının təşkilinin 100 ili münasibətilə mundiala ev sahibliyi etmək istəyirlər.

Qeyd edək ki, 1930-cu ildə Uruqvayda keçirilmiş dünya çempionatının finalında təşkilatçı ölkə Argentina ilə üz-üzə gəlib və 4:2 hesablı qələbə qazanaraq ilk dünya çempionu olub..

Xatırladaq ki, daha əvvəl İspaniya və Portuqaliya da DÇ-2030-a namizədliyini verib. 

Oxşar xəbərlər

DÇ-2030-un səfirləri bəlli oldu
DÇ-2034-ün finalına ev sahibliyi edəcək ölkə açıqlandı
Ukrayna DÇ-yə ev sahibliyinə namizəd olacaq
Argentina DÇ-2030-u keçirmək üçün müraciət edəcək
DÇ-2030-u keçirtməyə namizəd ölkələr məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər