reklam
DÇ-2030-u keçirtməyə namizəd ölkələr məlum oldu
Sportfm.az xəbər saytı

DÇ-2030-u keçirtməyə namizəd ölkələr məlum oldu


Futbol üzrə Dünya Çempionatının 2030-cu ildə keçirtməyə namizəd ölkələr bəlli olub.

Sportfm.az xəbər verir ki, Bolqarıstan, Yunanıstan, Rumıniya və Serbiyada turniri birgə keçirtmək istəyirlər.

Bu ölkələrin baş nazirlərinin Varna şəhərində mundiala birgə ev sahibliyi ilə bağlı məsələni müzakirə etdikləri bildirilir. DÇ-2030-u həmçinin birgə keçirməkdə Cənubi Amerikanın 3 ölkəsi - Argentina, Paraqvay və Uruqvay da maraqlıdır. Bu mundial Uruqvayda baş tutan ilk dünya çempionatının 100 illiyinə təsadüf edəcəyi üçün sözügedən dövlətlər daha şanslı görünür. Həmçinin İngiltərə də Şotlandiya, Uels, İrlandiya və Şimali İrlandiya ilə birgə DÇ-2030-a ev sahibliyi etmək istəyir.

Qeyd edək ki, DÇ-2022 Qətərdə keçiriləcək. İlk dəfə 48 ölkənin qatılacağı DÇ-2026-ya isə Meksika, ABŞ və Kanada müştərək ev sahibliyi edəcək.

Oxşar xəbərlər

Ukrayna DÇ-yə ev sahibliyinə namizəd olacaq
DÇ-2030 üçün daha 4 ölkə namizəd oldu
DÇ-2030-un ev sahibliyinə yeni namizəd
Argentina DÇ-2030-u keçirmək üçün müraciət edəcək
Daha 4 ölkə dünya çempionatını keçirmək istəyir - Bolqarıstan, Serbiya, Yunanıstan və Rumıniya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər