Yeni mövsüm başlayır -Azərbaycan Premyer Liqası
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək.
Sportfm.az xəbər verir ki, turun açılış oyununda "Kəpəz" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşacaaq. Görüş saat 19:30-da başlayacaq.
Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyununu Bakıda keçirəcək.
Qeyd edək ki, turun digər oyunları 6-7-8 avqust tarixlərində keçiriləcək.
5 avqust (cümə)
19:30. “Kəpəz” – “Zirə”
“Dalğa Arena”
6 avqust (şənbə)
20:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena”
7 avqust (bazar)
17:00.“Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu
19:15. “Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”
8 avqust (bazar ertəsi)
17:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu
Oxşar xəbərlər
33-cü və 34-cü turun oyun cədvəli - Misli Premyer Liqası
5 turun oyun cədvəli açıqlandı - Misli Premyer Liqası
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası
"Kəpəz" məğlubiyyətlə başladı - Premyer Liqa
İlk turun oyun cədvəli bəlli oldu - Azərbaycan Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası