reklam
Vladimir Putin şüarına görə ağır cəza -
Sportfm.az xəbər saytı

Vladimir Putin şüarına görə ağır cəza -UEFA göz yummadı


UEFA "Fənərbaxça"nı cəzalandırıb.

Sportfm.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Ukrayna "Dinamo"su ilə (Kiyev) ev oyununda (1:2) davranışı səbəb olub.

Matçın 57-ci dəqiqəsində "Dinamo" hesabı açarkən Kiyev klubunun bir neçə futbolçusu təxribatçı hərəkətlər edib. "Fənərbaxça" azarkeşləri isə bunun qarşılığında Ukraynaya hücum edən Rusiyanın Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Baş verənlərə görə UEFA İstanbul təmsilçisini 50 min avro məbləğində cərimələyib. Bundan başqa "Fənərbaxça" avrokuboklardakı növbəti ev oyununu qismən azarkeşsiz keçirəcək.

Oxşar xəbərlər

Əli Koç azarkeşlərə görə üzr istəməkdən imtina etdi
UEFA Putinlə bağlı şüarlara görə "Fənərbaxça"ya intizam işi açıb
Türkiyə klubunun azarkeşlərindən böyük yanlışlıq
"Fənərbaxça" Kiyev "Dinamo"suna qarşı - Yoxlama görüşü
UEFA-dan "Olimpiakos"a ağır cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər