reklam
Əli Koç azarkeşlərə görə üzr istəməkdən imtina etdi
Sportfm.az xəbər saytı

Əli Koç azarkeşlərə görə üzr istəməkdən imtina etdi


“Fənərbaxça”nın prezidenti Əli Koç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə cavab oyunu zamanı azarkeşlərin davranışına görə üzr istəməyi planlaşdırmadığını deyib.

Sportfm.az xəbər verir ki, komandaların görüşü kiyevlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində Ukrayna klubu növbəti seçmə mərhələyə yüksəlib.

Kiyev qolundan sonra “Fənərbaxça” azarkeşləri Rusiya prezidenti Vladimir Putinin adını səsləndirməyə başlayıblar. Bundan sonra UEFA araşdırmaya başlayıb.

“Biz Ukraynadan üzr istəməyəcəyik. Ukrayna səfirinin bütün çıxışlarından sonra məhz o, bizdən üzr istəməlidir. Bəli, bu şüarlar klubumuzun kimliyinə uyğun gəlmir. Bəs biz nə etməli idik? Ağızlarını yapışdırardıq? 20 saniyəlik görüntünü koordinasiya edilmiş kimi göstərməyə çalışmayın”- deyə, Əli Koç bildirib. 

 

Oxşar xəbərlər

Vladimir Putin şüarına görə ağır cəza - UEFA göz yummadı
UEFA Putinlə bağlı şüarlara görə "Fənərbaxça"ya intizam işi açıb
Türkiyə klubunun azarkeşlərindən böyük yanlışlıq
“Dinamo” – “Fənərbaxça” matçı İngiltərədə keçiriləcək - Zelenski danışıqlara başladı
Bu gün Çempionlar Liqasının "play-off" mərhələsinin cavab matçları keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər