reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Çexiyaya yola düşdü -Cavab oyunu üçün


"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə cavab oyunu üçün Çexiyaya gedib.

Sportfm.az xəbər verir ki, komandanı Praqa şəhərinə aparan təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.

Bu gün Bakı vaxtı ilə 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 22:00-da matçın keçiriləcəyi Plzen şəhər stadionunda "Qarabağ"ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, avqustun 23-ü keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.

 

Oxşar xəbərlər

“Qarabağ” sabah Fransaya yola düşür
“Qarabağ” Almaniyaya yola düşür
"Qarabağ" Macarıstana yollanır - Çempionlar Liqası
“Qarabağ”ın səfər proqramı
"Qarabağ"ın Şotlandiyaya səfər proqramı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər