reklam
“Sabah”ın futbolçuları üçün əlamətdar oyun
Sportfm.az xəbər saytı

“Sabah”ın futbolçuları üçün əlamətdar oyun


“Sabah” Misli Premyer Liqasının 4-cü turunda “Qəbələ” ilə qarşılaşıb.

Sportfm.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan və bakılıların 2:0 hesablı qələbəsi ilə başa çatan matç “Sabah”ın hücumçusu Davit Volkov və gənc futbolçu Seymur Məmmədov üçün əlamətdar olub.

Belə ki, gürcüstanlı forvard Qəbələ səfərində bu komandanın heyətində ilk qoluna imza atıb. Volkov buna “Sabah”dakı 4-cü rəsmi oyununda nail olub.

Seymur Məmmədov isə “Qəbələ” ilə görüşdə “Sabah”ın əsas komandasında debüt edib. 19 yaşlı yarımmüdafiəçi matçın 90+5-ci dəqiqəsində Aleksey İsayevin yerinə meydana daxil olub.

Oxşar xəbərlər

"Sabah"ın oyunçusu üçün əlamətdar oyun
Ülvi İsgəndərov üçün əlamətdar tur - 100-cü oyun
“Sabah”ın legioneri 100-ə çatdı
"Sabah"ın legioneri üçün əlamətdar matç
Braziliyalı üçün Bakıda əlamətdar qarşılaşma

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər