reklam
Vadji
Sportfm.az xəbər saytı

Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşdı -FOTO


Fransanın "Sent-Etyen" klubuna keçən İbrahima Vadji "Qarabağ"la vidalaşıb.

Sportfm.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.

Seneqallı forvard gözlənilməz səfəri səbəbindən azarkeşlərlə üzbəüz vidalaşmaq imkanının olmadığını bildirib: "Bütün “Qarabağ” ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və azarkeşlərə salam. Bu vida mesajıdır. Kollektiv emosiyaların çoxlu gözəl anlarını özümlə aparıram. Bu, çox tez bitsə belə, böyük macəra idi. Qalanlara uğurlar, hər şey üçün təşəkkür edirəm".

Qeyd edək ki, "Sent-Etyen" İbrahima Vadjinin keçidi üçün "köhlən atlar"a 1,6 milyon avro ödəyəcək. Seneqallı forvard 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb. O, "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

Oxşar xəbərlər

Vadji Fransa klubundan gedir - Transfer
Vadji Fransada fərqləndi - Penalti qazandı
"Qarabağ"dan ayrılan oyunçu Fransa klubunda - RƏSMİ
"Qarabağ" Vadjini buraxmadı - Keçid mövsümün sonuna qaldı
Seneqallı futbolçu "Qarabağ"a təşəkkür etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər