Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Vadji Fransada fərqləndi -Penalti qazandı
Fransanın “Sent Etyen” klubunun “Qarabağ”dan transfer etdiyi İbrahima Vadji Liqa 2 təmsilçisində debüt edib.
Sportfm.az xəbər verir ki, 27 yaşlı hücumçunun yeni komandasında ilk oyunu 7-ci turun “Po” ilə səfər matçına təsadüf edib.
Oyuna ehtiyatda başlayan seneqallı forvard 66-cı dəqiqədə Jan-Filipp Krassonun əvəzinə meydana daxil olub. Sabiq “Qarabağ”lı debüt matçında komandasına penalti qazandırıb. 84-cü dəqiqədə Lenni Pintor bu penaltidən dəqiq yararlanmaqla yekun nəticəni müəyyənləşdirib – 2:2.
Bu nəticədən sonra “Sent Etyen” 4 xalla 19-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Vadji Fransa klubundan gedir - Transfer
Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşdı - FOTO
"Qarabağ"dan 8 qollu qalibiyyət - Premyer Liqa
"Qarabağ" Vadjini buraxmadı - Keçid mövsümün sonuna qaldı
Dadaşovdan növbəti qol - Regional Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası