Millidə yeni baş məşqçi -TƏYİNAT
UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqiblərindən olan Slovakiya millisinin yeni baş məşqçisi açıqlanıb.
Sportfm.az xəbər verir ki, komanda italiyalı Françesko Kaltsonaya tapşırılıb.
54 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2023-cü ilin sonunadək nəzərdə tutulub. Kaltsona yığmanı 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə apara bilsə, onun sözləşməsi avtomatik uzadılacaq.
İtaliyalı baş məşqçi bu postda Pavel Hapalı əvəzləyib.
Qeyd edək ki, Françesko Kaltsona İtaliyada müxtəlif klublarda köməkçi məşqçi funksiyasını yerinə yetirib. Slovakiya C Liqasının 3-cü qrupunda 6 xalla üçüncü pillədə qərarlaşıb. Komanda sentyabrın 22-də Azərbaycanı, 3 gün sonra isə Qazaxıstanı qəbul edəcək.
Oxşar xəbərlər
Superliqa klubunda ayrılıq - Müqaviləyə xitam verildi
Françesko Farioli Ruslan Abdullayevin taleyini yaşadı
“Azərbaycana mütləq qalib gəlməliyik” - Françesko Kaltsona
Millimizə italiyalı baş məşqçi gəlir
Slovakiya yığmasının baş məşqçisi istefa verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası