reklam
Premyer Liqanın peyk üzərindən yayımı dayandırıldı
Sportfm.az xəbər saytı

Premyer Liqanın peyk üzərindən yayımı dayandırıldı


Futbol üzrə İngiltərə Premyer Liqasının oyunlarının Azərbaycanda yayımını həyata keçirən İctimai Televiziya (İTV) açıqlama yayıb.

Sportfm.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:

“İctimai Televiziyanın efirində İngiltərə Premyer Liqasını izləyən tamaşaçıların nəzərinə!

Premyer Liqanın cari mövsümdən tətbiq olunan son tələb və göstərişlərinə əsasən, ölkə hüdudlarından kənara yayımın qarşısını almaq məqsədilə oyunların peyk üzərindən yayımında sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Tələb olunan yeni şifrələmə sistemi texnoloji baxımdan Bakı Teleqüllə Kompleksi tərəfindən dəstəklənmədiyi üçün oyunların peyk üzərindən yayımı dayandırılıb.

Bu səbəbdən efirimizdə İngiltərə Premyer liqasının oyunlarını yalnız kabel televiziyaları, yerüstü yayım və İctimai Televiziyanın rəsmi saytı vasitəsilə izləmək mümkün olacaq”.

Oxşar xəbərlər

İTV şərhçinin səsinə görə üzr istədi
“Neftçi TV”-yə yayım lisenziyası verildi
PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başladı
İTV İngiltərə Premyer Liqasının oyunlarını yayımlayacaq
Pele, Maradona və Luiş Fiqu "öldürülən" Azərbaycan çempionatına əklil göndərdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər