reklam
MMA döyüşçümüz UFC-də ilk sınağına çıxacaq
Sportfm.az xəbər saytı

MMA döyüşçümüz UFC-də ilk sınağına çıxacaq


Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq.

Sportfm.az xəbər verir ki, 28 yaşlı idmançımız “Dana White’s Contender Series”də gücünü sınayacaq. Seriyada qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaqlar.

N.Abbasov ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfim ilə üz-üzə gələcək. Sentyabrın 7-də Bakı vaxtı ilə saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. N.Abbasovla İ.Bonfim ikinci cütdə döyüşəcək.

Xatırladaq ki, MMA döyüşçümüz peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 məğlubiyyət var.

Oxşar xəbərlər

Nəriman Abbasov növbəti qələbəsini qazandı
Nəriman Abbasov ilk döyüşündə məğlub oldu - UFC
Nəriman Abbasov Las Veqasa yollandı Dana White Contender Series
MMA döyüşçümüz növbəti qələbəsini qazandı - UĞUR
6-cı döyüşünü texniki nokautla qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər