Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
MMA döyüşçümüz növbəti qələbəsini qazandı -UĞUR
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, idmançımız tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb. Yüngül çəki dərəcəsində “AMC Fight Nights” çempionu olan 27 yaşlı təmsilçimiz titul döyüşündə rusiyalı Şamil Zavurovla qarşılaşıb.
Moskvada təşkil olunan döyüşün taleyini ilk raundda həll edən N.Abbasov texniki nokautla qalib gəlib. İdmançımız bununla da “AMC Fight Nights”ın çempionu titulunu qoruyub .
Bu, Abbasovun karyerasında 30-cu döyüş olub. Yalnız üç dəfə uduzan idmançımız 27-ci qələbəsini qazanıb.
Oxşar xəbərlər
"Qəbələ" Nəriman Abbasova avtomobil hədiyyə etdi - FOTO
Azərbaycanlı döyüşçü Həbib Nurməhəmmədovun yeznəsini döydü - VİDEO
Abbasov Avropa çempionunu nokautla uddu - VİDEO
MMA döyüşçümüz növbəti qələbəsini qazandı
Nəriman Adili döyüb 20-ci qələbəsini əldə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası