reklam
PFL prezidenti “Qarabağ”ın rəhbərliyi ilə görüşdü
Sportfm.az xəbər saytı

PFL prezidenti “Qarabağ”ın rəhbərliyi ilə görüşdü


Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovla “Qarabağ” klubunun rəhbərliyi arasında görüş keçirilib.

Sportfm.az xəbər verir ki, klubun ofisində baş tutan görüşə PFL rəhbəri ilə yanaşı, idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev də qatılıb.

Səmədov “Qarabağ” klubunun idarə heyətinin üzvü Fevzi Aras, direktor Emrah Çəlikəl, baş menecer Asif Əsgərova dəvətə və xoş münasibətə görə təşəkkür edib. Görüşdə Azərbaycan futbolu ilə bağlı planlar, hədəflər müzakirə edilib. Səmədov ənənə halını alacaq bu tip görüşləri keçirməkdə məqsədlərinin klubları narahat edən məqamlara zamanında müdaxilə etməkdən ibarət olduğunu bildirib.

PFL prezidenti öz növbəsində rəsmilərin timsalında “Qarabağ” klubunun hər bir üzvünə ölkəni beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiklərinə görə minnətdarlıq ifadə edib.

Oxşar xəbərlər

PFL rəsmiləri Sumqayıtda - FOTO
PFL və “Sabah” rəhbərliyi ilə görüşdü
“Neftçi” PFK ilə PFL-in rəhbərliyi arasında görüş keçirildi - FOTO
PFL gələcək planları müzakirə edib
PFL prezidenti Tovuz və Gəncəyə səfər etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər