reklam
Rusiya və Belarus cüdoçuları ilə bağlı qərar verildi -
Sportfm.az xəbər saytı

Rusiya və Belarus cüdoçuları ilə bağlı qərar verildi -Yarışlarada iştirak etməyəcəklər


Beynəlxalq Cüdo Federasiyasının (İJF) Rusiya və Belarus idmançıları ilə bağlı qərarı məlum olub.

Sportfm.az xəbər verir ki, hər iki ölkənin cüdoçuları 2023-cü ilin yanvarınadək qurumun himayəsi altındakı yarışlarda iştirak etməyəcək.

Bu barədə İJF-nin İcraiyyə Komitəsi qərar çıxarıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Oxşar xəbərlər

FİFA-dan Rusiyaya “yaşıl işıq”
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Ukraynadakı Olimpiya İdman Kompleksi atəşə tutuldu
Premyer Liqa klublarına qadağa – Rusiya və Ukraynadan…
Rusiyanın şikayəti təmin olunmadı - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər