reklam
FİFA-dan Rusiyaya “yaşıl işıq”
Sportfm.az xəbər saytı

FİFA-dan Rusiyaya “yaşıl işıq”


FİFA Rusiya ilə Tacikistan milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsinə razılıq verib.

Sportfm.az xəbər verir ki, bu barədə Tacikistan Futbol Federasiyası məlumat yayıb.

Məlumatda bildirilib ki, matçın təşkilinə artıq icazə verilib. Hətta oyunun nəticəsi FİFA reytinqi hesablanarkən nəzərə alınacaq. Oyunda komandalar 6 əvəzetmədən istifadə edə biləcəklər.

Rusiya millisi noyabrın 17-də Tacikistan, 20-də isə Özbəkistanla yoldaşlıq görüşü keçirəcək.

Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Oxşar xəbərlər

Aleksandr Səmədov bosniyalıları qorxaq adlandırdı
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Rusiya FİFA-dan uzaqlaşdırılacaq - Martın 31-də
Premyer Liqa klublarına qadağa – Rusiya və Ukraynadan…
Rusiyanın şikayəti təmin olunmadı - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər