reklam
Misli Premyer Liqasında 8-ci tur -
Sportfm.az xəbər saytı

Misli Premyer Liqasında 8-ci tur -“Qəbələ” “Səbail”ə qarşı


Bu gün futbol üzrə Misli Premyer Liqasında 8-ci tura start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Səbail” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.

“Zirə” sabah Tovuz səfərində “Turan Tovuz”la qarşılaşacaq.

Turun mərkəzi oyunu olan “Qarabağ” – “Neftçi” matçı da sabah keçiriləcək. Bu görüşdə qələbə qazanan komanda turnir cədvəlinin vahid liderinə çevrilə bilər.

Son oyun günündə mövsümun iddialılarından olan “Sabah” Şamaxıda eyniadlı komanda ilə üz-üzə gələcək.

Tura Sumqayıtda yekun vurulacaq. “Sumqayıt” doğma publika önündə özü kimi autsayderlər qrupunda qərarlaşan “Kəpəz”lə münasibətinə aydınlıq gətirəcək. Bu oyun baş məşqçi postuna qaytarılan Samir Abasovun “Sumqayıt”la cari mövsümdə ilk sınağı olacaq.

Misli Premyer Liqası, 8-ci tur

30 sentyabr

19:00 Səbail – Qəbələ
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”

1 oktyabr

15:30 Turan Tovuz – Zirə
Hakimlər: Rauf Abdullayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
Tovuz şəhər stadionu

18:00 Qarabağ – Neftçi
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”

2 oktyabr

15:30 Şamaxı – Sabah
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu

18:00 Sumqayıt – Kəpəz
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
Sumqayıt şəhər stadionu

Oxşar xəbərlər

“Zirə” Tovuz səfərində, “Səbail” “Qəbələ”yə qarşı - Misli Premyer Liqası
10-cu turun hakim təyinatları - Misli Premyer Liqası
“Şamaxı” “Sabah”a, “Sumqayıt” “Kəpəz”ə qarşı – YENİLƏNİR
Qarabağ" "Neftçi"yə qarşı - YENİLƏNİR
“Qarabağ” - “Neftçi” matçının hakimləri bilindi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər