reklam
Emreli növbəti dəfə zədələndi
Sportfm.az xəbər saytı

Emreli növbəti dəfə zədələndi


Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli növbəti dəfə zədələnib.

Sportfm.az xəbər verir ki, 25 yaşlı hücumçu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının XI turunda evdə "Slaven"ə 4:1 hesabı ilə qalib gəldiyi matçda iştirak etməyib.

O, sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.

Yerli mətbuat forvardın hansı şəraitdə zədə aldığını yazmayıb.

Qeyd edək ki, Mahir Emreli iyulun sonlarında belindəki zədəyə görə "Dinamo"nun bir neçə oyununu buraxmışdı.

Oxşar xəbərlər

Mahir Emreli kubok matçında qol vurdu
Emreli "Dinamo"nun məşqlərinə qoşuldu
Mahir Emreli yenidən zədələndi
Mahir məşqlərə başladı
Mahir Emreli Zaqreb "Dinamo"sunda - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər