DÇ-1986-nın topu açıq hərraca çıxarılır -3 milyona
DÇ-1986-nın Argentina - İngiltərə tarixi oyununun topu açıq hərraca çıxarılacaq.
Sportfm.az xəbər verir ki, 1/4 final mərhələsinin həmin qarşılaşmasında Argentina Dieqo Maradonanın qolları sayəsində rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Qollardan biri isə aradan 32 il keçməsinə baxmayaraq, unudulmur. Maradona hava mübarizəsi zamanı topu əllə İngiltərənin qapısından keçirmiş, sonra da bunu "Tanrının əli" adlandırmışdı.
Bu görüşün topu həmin matçın hakimi olmuş tunisli Əli Bin Nasser tərəfindən satışa çıxarılıb. Top noyabrın 16-da açıq hərrac yolu ilə satılacaq. Potensial alıcılar isə oktyabrın 28-dən təkliflərini irəli sürə biləcəklər. Topun 2,5 - 3 milyon funt-sterlinqə satılacağı gözlənilir.
Qeyd edək ki, Maradonanın həmin görüşdə geyindiyi forma isə bu ilin mayında 7.4 milyon sterlinqə satılıb.
Oxşar xəbərlər
Maradonanın “qızıl top”u satışa çıxarılır
Maradonanın formasına rekord qiymət verildi - 4 milyon
Maradonanın forması hərraca çıxarıldı - 5,2 milyona
Maradonaya heykəl ucaldıldı - Hava limanında
Futbolun canlı əfsanəsi yeni yaşını qeyd edir - 60
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası