reklam
Maradonanın forması hərraca çıxarıldı -
Sportfm.az xəbər saytı

Maradonanın forması hərraca çıxarıldı -5,2 milyona


Argentina yığmasının əfsanəvi forvardı Dieqo Maradonanın 1986-cı ildə İngiltərə yığmasının qapısına vurduğu, “Tanrının əli” adı ilə tanınan məşhur qolu zamanı geyindiyi forma hərraca çıxarılıb.

Sportfm.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Belə ki, "Sotheby's" hərrac evi geyim dəstinə 4 milyon funt sterlinq (5,2 milyon ABŞ dollar) başlanğıc qiyməti qoyub. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub.

Onlayn hərrac aprelin 20-də başlayacaq və mayın 4-dək davam edəcək.

Xatırladaq ki, 1986-cı il dünya çempionatının dörddəbir finalında Maradona oyunun 51-ci dəqiqəsində ingilislərin qapısına əli ilə top keçirmişdi. Buna baxmayaraq, oyunun hakimi bunu qol kimi qeydə almışdı. Dörd dəqiqədən sonra D.Maradona “əsrin qolu”nu vuraraq Argentinaya 2:1 hesabı ilə qələbə qazandırmışdı. Beləliklə, komandası turnirin qalibi olmuşdu.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib.

Oxşar xəbərlər

Maradonanın “qızıl top”u satışa çıxarılır
DÇ-1986-nın topu açıq hərraca çıxarılır - 3 milyona
Maradonanın formasına rekord qiymət verildi - 4 milyon
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Futbolun canlı əfsanəsi yeni yaşını qeyd edir - 60

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər