reklam
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək


Oktyabrın 18-də kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.

Sportfm.az əbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 38 komandanın 146 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 13:30-da, döyüşlər saat 14:00-da başlanacaq. Açılış mərasimindən öncə çempion və veteran boksçuların Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşü olacaq.

Çempionatda qaliblərin adına oktyabrın 25-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəni təmsil edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyev olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Türkiyə və Özbəkistandan olan 4 hakim İBA-nın 3 ulduz kateqoriyasına, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsinə malikdir.

Oxşar xəbərlər

Azərbaycan birinciliyinə start verilir - Gənc boksçular
Azərbaycan çempionatı başlayır - Boks üzrə
Azərbaycan çempionatında 50 komanda olacaq - Bugün başlayır
Boks üzrə Azərbaycan çempionatı başladı
39 komanda Boks Mərkəzinə toplaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər