Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan birinciliyinə start verilir -Gənc boksçular
Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək.
Sportfm.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 oğlan boksçu qatılacaq. Yarışın açılış mərasimi saat 13:30-da, döyüşlər isə saat 14:00-da başlayacaq. Qaliblərin adına noyabrın 6-da aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı Jamila Borkoyeva münsif funksiyasını yerinə yetirəcəklər.

Oxşar xəbərlər
Azərbaycan çempionatı başlayır - Boks üzrə
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək
Azərbaycan çempionatında 50 komanda olacaq - Bugün başlayır
Boks üzrə Azərbaycan çempionatı başladı
39 komanda Boks Mərkəzinə toplaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası