Millinin sabiq kapitanını qaçırmaq istədilər -İDDİA
İranın futbol üzrə milli komandasının sabiq kapitanı Əli Kəriminin qaçırılmasına cəhd olunub.
Sportfm.az xəbər verir ki, bu iddia iranlı idman jurnalisti Mehdi Rostabura məxsusdur.
İddiaya görə, İran hakimiyyəti 44 yaşlı veteran futbolçunu məhkəmə qarşısına çıxmaq üçün onun Dubaydan İrana köçürülməsinə cəhd edib. Səbəb isə Kəriminin dəfələrlə rejimin ünvanına tənqid səsləndirməsidir.
Əli Kəriminin yaxınlarına istinad edən jurnalist bildirib ki, ona iranlı məşhurlardan birinin adından mesaj göndərilib. Veteran futbolçudan BƏƏ-nin Fuceyrə limanına getməsi istənilib. Ancaq Kərimi şübhələnib və təyin olunan ünvana getməyib.
Oktyabrın 24-dən etibarən Əli Kəriminin "Twitter" və "Instagram" hesabında iki paylaşım var ki, o, özünün və ailəsinin hədə almasını vurğulayıb.
İran rejiminin keçmiş "Bayern Münhen" oyunçusunu hədəf almasına səbəb onun 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara açıq dəstək verməsidir. (fanat.az)
Oxşar xəbərlər
İran millisinin üzvü həbs edildi - Dəhşətli olay
Əlinin ailəsinə qadağa qoyuldu - İrandan çıxa bilmirlər
İranda azərbaycanlı futbolçu barəsində ölüm hökmü çıxarılıb - ŞOK
Əli Daeinin çıxışına qadağa qoyuldu - Pasportu müsadirə edildi
Dünya çempionatında adından söz etdirən iranlı öldü - 46 yaşında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası