reklam
Əlinin ailəsinə qadağa qoyuldu -
Sportfm.az xəbər saytı

Əlinin ailəsinə qadağa qoyuldu -İrandan çıxa bilmirlər


İran millisinin keçmiş futbolçusu Əli Daeiyə qarşı təzyiqlər davam edir.

Sportfm.az xəbər verir ki, Azərbaycan əsilli veteran hücumçudan sonra ailəsinə də ölkə xaricinə çıxmaq qadağası qoyulub. Buna səbəb onun 22 yaşlı Məhsa Əmininin polislər tərəfindən öldürülməsinə görə edilən kütləvi etirazları dəstəkləməsidir.

İran hökuməti Daenin qızı və həyat yoldaşının ölkə xaricinə çıxışına mane olmaq üçün onların olduğu, Dubaya uçan təyyarəni yola düşəndən bir saat sonra dayandırıb. Təyyarə Tehrandan qalxdıqdan bir saat sonra Kiş adasında yerə enib. Kütləvi etirazları dəstəklədiyinə görə restoranı və zərgərlik mağazası bağlanan Əli Daei hazırda qızı və həyat yoldaşının Tehrana qayıda bilməsi üçün çalışır.

Oxşar xəbərlər

Azərbaycanlı futbolçunun obyektləri möhürləndi - OLAY
Əli Daei DÇ-2022-yə getməkdən imtina etdi - İrandakı vəziyyətə görə
İranda azərbaycanlı futbolçu barəsində ölüm hökmü çıxarılıb - ŞOK
Millinin sabiq kapitanını qaçırmaq istədilər - İDDİA
Əli Daeinin çıxışına qadağa qoyuldu - Pasportu müsadirə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər