Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Buffon üçün tarixi matç!
39 yaşındakı italyan qapıçı Gianluigi Buffon daha bir rekorda imza ata bilər.
Sportfm.az xəbər verir ki, hazırda İtaliya yığmasının düşərgəsində olan qapıçı Albaniya ilə oynanacaq seçmə mərhələ matçında meydana çıxacağı təqdirdə, karyerasında 1000-ci dəfə meydana çıxmış olacaq. "Parma"nın heyətində 220, "Yuventus"un forması ilə 612 və İtaliya yığmasının heyətində 167 dəfə meydana çıxan Buffon ümumilikdə 999 dəfə çərçivəni qoruyub.
Qeyd edək ki, son "Sampdoriya" görüşündə meydanda olan Gianluigi "Yuventus" tarixinin yaşıl meydanda ən çox vaxt keçirən futbolçusu ünvanının ələ keçirmişdi.
Oxşar xəbərlər
Buffon PSJ-də ilk titulunu qazandı
Buffon ilk matçında 2 qol buraxdı
Buffon İtaliyanı tərk edir?
Buffondan tarixi göstərici
İtaliya yığmasında 105 il sonra bir ilk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası