Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Buffondan tarixi göstərici
"Yuventus”un qapıçısı Canluici Buffon rekorda imza atıb. Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı təcrübəli futbolçu "A" seriyasında 600-cü oyununa çıxıb. Bu əlamətdar hadisə "Kyevo” - "Yuventus” görüşündə (1:2) baş verib. Bununla da Buffon "A" seriyasında 600 oyun keçirən ilk qapıçı kimi tarixə düşüb.
Ümumilikdə İtaliya çempionatında ən çox oyunu müvafiq olaraq Paolo Maldini (647), Xavyer Zanetti (615) və Françesko Totti (607) keçirib.
Qeyd edək ki, Buffon "A" seriyasında ilk oyunu 1995-ci ilin noyabrın 19-da, 17 yaş 9 aylığında "Parma”nın heyətində "Milan”a (0:0) qarşı keçirib.
Oxşar xəbərlər
Buffon tarixi rekorda imza atdı - 650 qarşılaşmada oynadı
Buffon Maldinini geridə qoydu
Buffon PSJ ilə müqavilə imzaladı
Buffon üçün tarixi matç!
Buffondan 13 ildən sonra ilk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası