Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millinin heyətində dəyişiklik -DÇ-2022
Yaponiya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətində dəyişiklik edilib.
Sportfm.az xəbər verir ki, bunun səbəbi oyunçulardan birinin zədələnməsidir. Daha əvvəl adı mundialda oynayacaq futbolçuların siyahısına salınmış müdafiəçi Yuta Nakayamanın dabanındakı zədə səbəbindən turniri buraxacağı dəqiqləşib.
Baş məşqçi Moriyasu Hadzime İngiltərə “Haddersfild Toun”unda çıxış edən oyunçunun əvəzinə hücumçu Şuto Maşinonu (“Şonan Belmar”, Yaponiya) milliyə dəvət edib.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Yaponiya millisi İspaniya, Kosta-Rika və Almaniya ilə birlikdə E qrupunda mübarizə aparacaq.
Oxşar xəbərlər
Daha 4 iştirakçı məlum olacaq - DÇ-2022
İspaniya millisinin yekun heyəti - DÇ-2022
Kosta-Rikanın yekun heyəti məlumdur
Millinin yekun heyəti - DÇ-2022
Millinin yekun heyəti bilindi - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası