Daha 4 iştirakçı məlum olacaq -DÇ-2022
DÇ-2022-də bu gün daha 2 qrupda son turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, E qrupunda İspaniya millisi Yaponiya ilə qarşılaşacaq. Almaniya yığması isə Kosta Rika ilə görüşəcək. Bu qrupda hər bir ölkənin millisinin pley-offa vəsiqə qazanmaq şansı davam edir.
F qrupunda Kanada yığması Mərakeşlə üz-üzə gələcək. Xorvatiyanı isə Belçika ilə çətin sınaq gözləyir. Kanada millisinin mundialla vidalaşması dəqiqləşib. Digər üç yığma komanda isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparacaq.
Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıb.
DÇ-2022: Qrup mərhələsi, 3-cü tur
1 dekabr
F qrupu
19:00 Kanada – Mərakeş
19:00 Xorvatiya – Belçika
Xal: Xorvatiya – 4, Mərakeş – 4, Belçika – 3, Kanada – 0
E qrupu
23:00 Kosta Rika – Almaniya
23:00 Yaponiya – İspaniya
Xal: İspaniya – 4, Yaponiya – 3, Kosta Rika – 3, Almaniya – 1
Oxşar xəbərlər
Dünya Çempionatının 1/8 cütlükləri
İspaniya Mərakeşlə, Yaponiya Xorvatiya ilə qarşılaşacaq - DÇ-2022
Xorvatiya və Mərakeş 1/8 finalda, Belçika isə.... Dünya çempionatı
Kosta-Rika Qətərə əbəs yerə gəlməyib - DÇ-2022
DÇ-2022-nin təqvimi dəqiqləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası