Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Braziliya millisinin sabiq baş məşqçisi karyerasını bitirdi -74 yaşında
Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolari karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, bunu 74 yaşlı mütəxəssis Braziliya mətbuatına özü açıqlayıb.
Bu ilin mayından “Atletiko Paranaense”ni çalışdıran Skolarinin komandası Braziliya A seriyasının son turunda “Botofoqo”nu 3:0 hesabı ilə məğlub edərək 6-cı yeri tutub. Bu, komandaya Libertadores kubokuna vəsiqə qazandırıb.
Skolari növbəti mövsümdən klubun texniki direktoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Braziliya millisi 2002-ci ildə Skolarinin rəhbərliyi altında dünya çempionu olub. 2004-cü ildə isə Portuqaliya yığması onun rəhbərliyi ilə Avropa çempionatının finalına yüksəlib.
Oxşar xəbərlər
Braziliya millisinin oyunçusu “Barselona”da
Skolari baş məşqçi karyerasını bərpa etdi - 74 yaşında
Braziliya millisinin sabiq futbolçusu karyerasını başa vurdu
Əfsanəvi futbolçu karyerasını başa vurdu
“Qalatasaray”ın sabiq üzvü karyerasını başa vurur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası