Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Əli Daei DÇ-2022-yə getməkdən imtina etdi -İrandakı vəziyyətə görə
İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei DÇ-2022 üçün Qətərə getməyəcək.
Sportfm.az xəbər verir ki, 53 yaşlı veteran futbolçu bu barədə şəxsi “instaqram” hesabında bildirib.
Daei FİFA və Qətər Futbol Federasiyasının rəsmi dəvətini geri çevirdiyini yazıb:
“Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə İranda sizinlə birlikdə olmaq üçün həyat yoldaşım və qızlarımla mundialda iştiraka “yox” dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün aydınlıq günlər ümidi ilə”.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçunun obyektləri möhürləndi - OLAY
İranda azərbaycanlı futbolçu barəsində ölüm hökmü çıxarılıb - ŞOK
DÇ-2022-nin püşkü atıldı, ABŞ İranla eyni qrupa düşdü
Daei Ronaldonu təbrik etdi - "Bu uğurun ona qismət olmasından qürur duyuram”
"Ronaldo 109-dan çox qol vuracaq"- Əli Daei
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası