Filip Gayet millimizin üzvlərini seçir -FOTO
Xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi keçirilib.
Sportfm.az əbər verir ki, Azərbaycanda qış idman növlərinin inkişafı, bu idman növləri üzrə idmançıların yetişdirilməsi, həmçinin Milli Yığma Komandanın formalaşdırılması məqsədilə 15-16 noyabr tarixlərində xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi prosesi keçirilib. Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi QSC-nin birgə təşkilatçılığı ilə baş tutan seçimlər Federasiya tərəfindən dəvət olunan beynəlxalq məşqçilər Patrik Kampays və Filip Gayet tərəfindən həyata keçirilib. Nəticələrə əsasən iki qrup olmaqla 11 nəfər gənc idmançı seçilib. A qrupu üzrə 3 qız və 3 oğlan, B qrupunda isə 2 qız və 3 oğlan təyin edilib. Seçilmiş idmançılar Azərbaycanı gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək üçün Federasiya tərəfindən dəvət olunan xizək alpinizmi üzrə məşqçi Patrik Kampays tərəfindən hazırlaşdırılacaq.
Qeyd edək ki, məşqlər “Şahdağ” Turizm Mərkəzində həyata keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanda bir ilk - Xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək
Azərbaycanda qeyri-adi yarış - Xizək alpinizmi
BOK İdmançılar Komissiyası ən böyük tərkibdə toplaşacaq
Azərbaycan idmançıları cari ildə neçə medal qazandı? - Azad Rəhimov açıqladı
İdmançılar bu dəfə qayaya dırmandılar - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası