İspaniya Mərakeşlə, Yaponiya Xorvatiya ilə qarşılaşacaq -DÇ-2022
DÇ-2022-də qrup mərhələsininin oyunları davam edir.
Sportfm.az xəbər verir ki, bu gün 4 matç keçirilib. F qrupunda Kanada Mərakeşə uduzub - 1:2. Xorvatiya isə Belçika ilə qolsuz heç-heçə edib. Mərakeş qrup lideri, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika qrupda qalıb. Kanadanın 1/8 finala adlaya bilməyəcəyi isə hələ ötən tur dəqiqləşib.
E qrupunda İspaniya Yaponiyaya 1:2 hesabı ilə uduzub, Almaniya Kosta-Rikaya 4:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Yaponiya qrup 1-cisi, İspaniya 2-ci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib. Almaniya və Kosta-Rika isə qrupda qalıb.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.
1 dekabr
DÇ-2022, 3-cü tur
E qrupu
23:00. Kosta Rika - Almaniya - 2:4
Qol: Qnabri, 10 (0:1), Texeda, 58 (1:1), Varqas, 70 (2:1), Haverts, 73 (2:2), 85 (2:3), Fullkruq, 89 (2:4)
23:00. Yaponiya - İspaniya - 2:1
Qol: Morata, 12 (0:1), Doan, 48 (1:1), Tanaka, 51 (2:1)
Oxşar xəbərlər
Xorvatiya və Mərakeş 1/8 finalda, Belçika isə.... Dünya çempionatı
Daha 4 iştirakçı məlum olacaq - DÇ-2022
Kosta-Rika Qətərə əbəs yerə gəlməyib - DÇ-2022
Almaniya mübarizəyə başlayır - Dünya çempionatı
DÇ-2022-nin təqvimi dəqiqləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası