reklam
Niderland 1/4 finalçıdır -
Sportfm.az xəbər saytı

Niderland 1/4 finalçıdır -DÇ-2022


Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlib. “Xəlifə” stadionunda keçirilən oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edib. Dörd qolun qeydə alındığı matçda Avropa təmsilçisi inamlı qələbəyə sevinib. Nəticədə Niderland yığması ilk 1/4 finalçı olub.

Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutacaq. “Əhməd ibn-Əli” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.

Dünya çempionatı
1/8 final

3 dekabr

Niderland – ABŞ 3:1
Qol: Memfis Depay, 10. Deyli Blind, 45+1. Denzel Dumfris, 81 – Haci Rayt, 76.
Baş hakim: Vilton Sampayo (Braziliya).
“Xəlifə” stadionu.

Niderland: 23. Andris Noppert, 2. Yurryen Timber, 4. Vircil Van Deyk, 5. Natan Ake, 22. Denzel Dumfris, 15. Marten De Ron, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo.
ABŞ: 1. Mett Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uoker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkenni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra.

23:00. Argentina – Avstraliya
Baş hakim: Şimon Marçinyak (Polşa).
“Əhməd ibn-Əli” stadionu.

Oxşar xəbərlər

Lionel Messi start heyətində - Niderland - Argentina
Messi və onun komandası 1/4 finalda - DÇ-2022
Amerikalılar İranı Tehrana yola saldı - Dünya çempionatı
Ekvador qrupda qaldı, Niderland isə... DÇ-2022
Niderland qalib gəldi - DÇ-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər