Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Pelenin son durumu açıqlandı -FOTO
Braziliyalı futbol əfsanəsi Pele bağırsaq xərçəngi ilə mübarizə aparır.
Məlumata görə, kimya terapiyası gözlənilən nəticəni vermədiyi üçün üçqat dünya çempionu hazırda palliativ müalicə alır.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat keçirib.
82 yaşlı idmançı son olaraq noyabrın 29-da Sao Paulodakı xəstəxanaya yerləşdirilib. Dekabrın 2-də Peleyə tənəffüs yolları infeksiyası diaqnozu qoyulduğu məlum oldu.
Onu da bildirək ki, braziliyalıya şəfa arzusu Qətərin hündürlüyü 300m olan “Aspire Tower” göydələni üzərində əks olunub. Binanın üzərində “Pele, tez sağal!” yazılıb.
Oxşar xəbərlər
82 yaşlı əfsanənin vəziyyəti yaxşılaşıb
Peleyə qoyulan diaqnoz - Tənəffüs yolu infeksiyası
Pelenin son durumu açıqlandı
Pele yenidən xəstəxanaya yerləşdirildi - Kimya terapiyası keçəcək
Pele əməliyyat olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası