Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Trabzonspor”un sabiq futbolçusu qəzada öldü
Serbiyanın “Partizan” klubunun sabiq futbolçusu və baş məşqçisi Miodraq Yeşiç dünyasını dəyişib.
Sportfm.az xəbər verir ki, 64 yaşlı mütəxəssis avtomobil qəzasında ölüb.
Bu barədə Belqrad klubunun rəsmi saytı məlumat yayıb. Yeşiçin idarə etdiyi maşın qarşı tərəfədən gələn nəqliyyat vasitəsilə toqquşub. Baş məşqçi hadisə yerində keçinib.
Xatırladaq ki, Miodraq Yeşiç məşqçilik karyerası ərzində 30-a yaxın kluba rəhbərlik edib. O, futbolçu karyerası dönəmində isə “Partizan”la yanaşı, Türkiyənin “Altay” və “Trabzonspor” klublarının formasını geyinib, həmçinin Yuqoslaviya yığmasının uğurları üçün çalışıb.
Oxşar xəbərlər
Serbiya millisinin oyunçusu dünyasını dəyişdi - 53 yaşında
Abdullah Avcı “Trabzonspor”da - RƏSMİ
Yığmanın sabiq üzvü dünyasını dəyişdi – 36 yaşında
İngiltərə klubunun keçmiş futbolçusu dünyasını dəyişdi
Trabzon klubunun yeni baş məşqçisinin adı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası