İdmançılarımız Antalyadan medallarla qayıdır
3-7 dekabrda Türkiyənin Antalya şəhərində yerli Özəl İdmançılar İdman Federasiyasının xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında təşkil etdiyi atletika yarışında Azərbaycan seçmə komandasının üzvləri də iştirak ediblər.
Sportfm.az xəbər verir ki, ölkəmizin təmsilçilərindən Mehriban Tağıyeva 100 metr, İsmayıl Əlizadə 110 metr, Rza Bayramov 110 metr məsafəyə qaçışda 1-ci, Fərid Ociyev 110 metr məsafəyə qaçışda 2-ci yeri tutublar. Adıçəkilən idmançıların hamısı uzunluğa tullanma üzrə yarışa da qatılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki yarışlarda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.
Oxşar xəbərlər
Paralimpiyaçılarımız Tokio-2020-ni 19 medalla başa vurdu - UĞUR
Atletlərimiz EYOF-a uğursuz start verdi
“Şən delfin” açıq Bakı yaz birinciliyinə yekun vuruldu - FOTO
Üzgüçülük üzrə “Qızıl balıq” açıq Bakı birinciliyinə yekun vuruldu
Atletika üzrə 36-cı qış çempionatına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası