Portuqaliya Mərakeşə, İngiltərə Fransaya qarşı -DÇ-2022
Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.
Günün ilk matçında Portuqaliya millisi Mərakeşlə üz-üzə gələcək. “Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Digər oyunda İngiltərə və Fransa yığmaları qarşılaşacaqlar. “Əl Bayt” stadionundakı görüş 23:00-da başlayacaq.
Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da oynanılıb. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.
DÇ-2022, 1/4 final mərhələsi
10 dekabr
19:00. Mərakeş - Portuqaliya
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu
23:00. İngiltərə - Fransa
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Əl Bayt” stadionu
Oxşar xəbərlər
İkinci finalçı müəyyənləşəcək - DÇ-2022
Mərakeş yarımfinalda - SENSASİYA davam edir
Argentina və Xorvatiya yarımfinalda - DÇ-2022
1/4 finala start verilir - DÇ-2022
1/8 finala yekun vurulur - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası