reklam
Mərakeş yarımfinalda -
Sportfm.az xəbər saytı

Mərakeş yarımfinalda -SENSASİYA davam edir


Qətərdə keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, ikinci oyun günündə iki oyun keçiriləcək.

Əvvəlcə Portuqaliya millisi Mərakeşi sınağa çəkəcək. Oyun saat 19:00-da başlayacaq.

Digər görüşdə İngiltərə və Fransa yığmaları üz-üzə gələcək. Bu qarşılaşma saat 23:00-da başlayacaq.

1/4 finalın digər iki oyunu dekabrın 9-da keçirilib. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

DÇ-2022, 1/4 final

10 dekabr

Mərakeş – Portuqaliya 1:0
Qol: Yussuf Ən-Nəsiri, 42.
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu

Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 4. Sofyan Amrabat, 6. Romen Saiss (k), 7. Hakim Ziyeş, 8. Azzedin Unai, 15. Selim Amalla, 17. Sofyan Bufal, 18. Cavad Əl-Yamik, 19. Yussuf Ən-Nəsiri, 25. Yahya Attiyat Alla.
Portuqaliya: 22. Dioqo Kosta, 2. Dioqo Dalot, 4. Pepe (k), 4. Ruben Dias, 5. Rafael Gerreyro, 8. Bruno Fernandes, 10. Bernardo Silva, 11. Joao Feliks, 18. Ruben Neves, 25. Otavio Monteyro, 26. Qonsalo Ramos.

23:00. İngiltərə – Fransa
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Əl Bayt” stadionu

Oxşar xəbərlər

Fransa və Mərakeş yığmalarının start heyətləri - DÇ-2022
Portuqaliya Mərakeşə, İngiltərə Fransaya qarşı - DÇ-2022
Portuqaliya isveçrəlilərə kabus yaşatdı və 1/4 finala adladı
Futbol Tanrısı İspaniyanı cəzalandırdı - Mərakeş 1/4 finalda
Xorvatiya və Mərakeş 1/8 finalda, Belçika isə.... Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər