Məşqçilərimiz “Pro” lisenziyası aldı
Azərbaycanın daha iki futbol məşqçisi “Pro” lisenziyası alıb.
Sportfm.az xəbər verir ki, “Şamaxı”nın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Zaur İsmayılov və “Qəbələ”nin keçmiş çalışdırıcısı Sənan Qurbanov ən ali məşqçilik kateqoriyasına yiyələniblər.
İki il ərzində tələb olunan bütün şərtləri yerinə yetirən hər iki mütəxəssis son imtahandan da uğurla keçib. İsmayılov və Qurbanovun ilin sonuna qədər “Pro” kateqoriyalı məşqçi kimi təsdiqlənmələri gözlənilir.
“Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sunal isə bu yaxınlarda lisenziyaya sahib olmaq üçün imtahan verəcək.
Qeyd edək ki, uzun müddət “Şamaxı”nın əsas komandasında köməkçi-məşqçi kimi fəaliyyət göstərən Zaur İsmayılov cari mövsüm əvəzedici heyətə rəhbərlik edir. Sənan Qurbanov isə 2018-2019 mövsümündə “Qəbələ” ilə, 2020-2021 mövsümündə də “Keşlə” (indiki “Şamaxı”) ilə Azərbaycan Kubokunu qazanıb.
Oxşar xəbərlər
“Qarabağ”ın ən uğurlu seriyası
Rail Məlikov “Sumqayıt”da – RƏSMİ
Sənan Qurbanovun istefası qəbul edildi
"Qəbələ"də yeni məşqçi
"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası