Sənan Qurbanovun istefası qəbul edildi
“Şamaxı” klubunun rəhbərliyi baş məşqçi Sənan Qurbanovun istefasını qəbul edib.
Sportfm.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi bəyanat yayıb.
Sənan Qurbanov Premyer Liqanın 23-cü turunda “Qarabağ”a 0:8 hesablı məğlubiyyətin ardından istefa verib. Qurbanovun qərarını bu gün müzakirə edən rəhbərlik istefanı qəbul edib. Baş məşqçi vəzifəsinin icrası Rüstəm Əliyevə tapşırılıb.
Komandanın sabiq futbolçusu Rail Məlikov isə “Şamaxı-2″nin baş məşqçisi olub. Məlikov “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları 22-ci tur matçından əvvəl futbolçu karyerasını bitirmişdi.
Sənan Qurbanov “Qarabağ”a 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunundan sonra istefa verib.
Oxşar xəbərlər
Məşqçilərimiz “Pro” lisenziyası aldı
Rail Məlikov “Sumqayıt”da – RƏSMİ
"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu
Sənan Qurbanov mətbuat konfransına niyə qatılmayıb?
Sənan Qurbanov "Qəbələ" azarkeşləri ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası