reklam
VAR hakimlərinin 6 səhvi -
Sportfm.az xəbər saytı

VAR hakimlərinin 6 səhvi -Premyer Liqada aşkarlandı


İngiltərə Premyer Liqasının 2022-2023 mövsümünün indiyə qədər keçirilən oyunlarında VAR-ın 6 səhvi aşkarlanıb.

Sportfm.az xəbər verir ki, bu sistemin fəaliyyətinin qiymətləndirilməsi zamanı 100-dən çox epizod nəzərdən keçirilib.

Ümumilikdə mövsüm ərzində VAR 48 epizoda müdaxilə edib ki, onun 42-də qərarın dəyişdirilməsinin doğru addım olduğu müəyyənləşib. Yalnız 6 epizodda baş hakimin doğru qərarı VAR-dakı həmkarlarının yanlış addımı sayəsində ləğv olunub. Bundan başqa, daha 6 epizodda VAR hakimləri müdaxilə etməkdə gecikiblər.

Premyer Liqanın Hakimlər Komitəsinin rəhbəri Hovard Uebb ümumilikdə bu sistemin tətbiqindən razı qalmayıb.

Qeyd edək ki, 16 turdan sonra “Arsenal” 37 xalla çempionata başçılıq edir.

Oxşar xəbərlər

"Arsenal" tarix yazdı - Premyer Liqa
"Normal tonda danışırsan, robot kimi cavab vermirlər" - Aftandil Hacıyev
Əsrin ən yaxşı hakimləri - SİYAHI
"Hər iki epizodda penalti təyin olunmalı idi" - Frits Ştuxlik
Cüneyt Çakır Azərbaycan - Makedoniya oyununu müzakirə etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər