reklam
Sportfm.az xəbər saytı

"Arsenal" tarix yazdı -Premyer Liqa


"Arsenal" İngiltərə Premyer Liqasının 7-ci turunda təxirə salınan və ötən gün keçirilən "Everton"la görüşdə qalib gəlməklə ölkə futbolu tarixində ilkə imza atıb.

Sportfm.az xəbər verir ki, London təmsilçisi "Everton"u ümumilikdə 100-cü dəfə məğlub edib. Beləliklə, "Arsenal" çempionatda bir rəqib üzərində 100 qalibiyyət əldə edən ilk klub adını qazanıb.

 

"Arsenal"a bu 100 qələbə həddinə çatmaq üçün 204 oyun lazım olub. "Topçular" digrər 104 görüşün 43-də heç-heçə edib, 61 dəfə uduzub.

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 60 xalla liderdir. Onlar 2-ci yerdəki "Mançester Siti"ni 5 xal qabaqlayırlar.

Oxşar xəbərlər

"Mançester Siti"dən bərabərlik - Premyer Liqa
100 qırmızı vərəqə alan ilk klub - Premyer Liqa
"Everton" – "Arsenal" 2:1 - VİDEO
"Arsenal"dan antirekord - Ən pis nəticə
1-ci dəqiqədə qol buraxıb qalib gəldilər - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər