Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Messinin imzalayacağı müqavilənin detalları bilindi -PSJ ilə
Argentina millisinin kapitanı Lionel Messinin Fransanın PSJ klubu ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub.
Sportfm.az xəbər verir ki, 37 yaşlı hücumçu 1+1 illik sözləşməyə qol çəkəcək.
İddiaya görə, təcrübəli forvardın agenti olan atası ilə 4 aylıq danışıqlardan sonra tərəflər arasında razılıq əldə olunub. Yeni anlaşmaya əsasən, ulduz futbolçunun məvacibində artım olacaq.
Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.
Ulduz futbolçu Argentina millisinin heyətində Qətərdəki dünya çempionatının qalibi olub.
Oxşar xəbərlər
Messinin forması əbədiləşdiriləcək
Messinin PSJ-dən ayrılır - Dəqiqləşdi
Messi Səudiyyə Ərəbistanı klubu ilə anlaşdı - İddia
Messinin PSJ-dəki maaşı - 30 milyon
600 milyon avro - Messi üçün təzminat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası