"Bizi 18 turluq ağır çempionat gözləyir" -Tərlan Əhmədov
"Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov klubun televiziyasına açıqlamasında komandasının mövsümün ikinci yarısına hazırlığı ilə bağlı danışıb
Sportfm.az xəbər verir ki, o, hazırlığın Türkiyənin Antlya şəhərində keçiriləcək mərhələsindən çox şey gözlədiyini deyib:
"Yaranmış qısa fasilədən sonra futbolçularda geriləmə var. Futbolçuların daha istəkli, aqressiv olması və funksional hazırlığı önəmlidir. Çünki bizi 18 turluq ağır çempionat gözləyir. Bütün komandalar heyətlərini gücləndirir. Bəzilərində məşqçi dəyişiklikləri oldu. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq”.
Qeyd edək ki, “Kəpəz” sabah Türkiyəyə yollanacaq. Gəncə təmsilçisi burada “MTK Budapeşt” (Macarıstan - 14 yanvar), “Novi Pazar” (Serbiya - 16 yanvar) və “Kaysar”la (Qazaxıstan - 18 yanvar) yoxlama görüşlərində qarşılaşacaq.
Oxşar xəbərlər
Gəncə klubu Antalyaya yola düşdü - FOTO
"Azarkeşləri sevindirmək istəyirik" - Fərid Nəbiyev
“Kəpəz” Macarıstan klubu ilə qarşılaşacaq
İki Azərbaycan klubu Türkiyəyə yola düşdü
Klublarımız Antalyada yoxlama oyunlarına start verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası