"Azarkeşləri sevindirmək istəyirik" -Fərid Nəbiyev
"Kəpəz"in futbolçusu Fərid Nəbiyev komandanın mövsümün ikinci yarısına hazırlığını dəyərləndirib.
Sportfm.az xəbər verir ki, o, klubun televiziyasına açıqlamasında deyib ki, çempionatın ikinci hissəsində azarkeşləri sevindirmək istəyirlər:
"Bir müdət sonra təlim-məşq toplanışı üçün Antalyaya yolanacağıq. Fiziki hazırlığa daha çox üstünlük verəcəyik. Antalya da yoldaşlıq görüşləri də keçiriləcək. Çempionat başlayandan sonra azarkeşləri sevindirmək istəyirik. Gəncəli tərəfdarlar çox çılğındır, hər oyun qələbə gözləyirlər. Oyunlarda stadiona yetərincə azarkeş gəlir, onları razı salmalıyıq”.
Qeyd edək ki, “Kəpəz” sabah Türkiyəyə yollanacaq. Gəncə təmsilçisi burada “MTK Budapeşt” (Macarıstan - 14 yanvar), “Novi Pazar” (Serbiya - 16 yanvar) və “Kaysar”la (Qazaxıstan - 18 yanvar) yoxlama görüşlərində qarşılaşacaq.
Oxşar xəbərlər
“Kəpəz” qalib gəldi
Gəncə klubu Antalyaya yola düşdü - FOTO
"Bizi 18 turluq ağır çempionat gözləyir" - Tərlan Əhmədov
İki Azərbaycan klubu Türkiyəyə yola düşdü
Klublarımız Antalyada yoxlama oyunlarına start verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası