reklam
Sportfm.az xəbər saytı

"Azarkeşlər bizim 12-ci oyunçumuzdur" -İvan Brkiç


“Ümid edirəm ki, mövsümün ikinci yarısında azarkeşləri sevindirəcəyik”.

Sportfm.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu İvan Brkiç klubun televiziyasına açıqlamasında deyib.

Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirən xorvatiyalı qapıçı mövsümün ikinci yarısı üçün ümidli danışıb. 28 yaşlı qolkiper azarkeş dəstəyinin də onlar üçün vacib olduğunu vurğulayıb:

“Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Çox çalışırıq və bu, əladır. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların komandamızı tribunadan dəstəkləməkləri çox xoşumuza gəlir”.

“Neftçi” toplanış çərçivəsində ilk yoxlama görüşünü bu gün Macarıstan təmsilçisi “Vaşaş”a qarşı keçirəcək. Antalyadakı qarşılaşma saat 18:00-da başlayacaq.

Oxşar xəbərlər

"Neftçi"nin oyunu ləğv olundu - TOPLANIŞ
"Azarkeşləri sevindirmək istəyirik" - Fərid Nəbiyev
"Neftçi" Polşa klubuna qarşı - YENİLƏNİR
“Neftçi”nin ikinci rəqibi müəyyənləşdi - Yoxlama oyunu
"Neftçi"nin futbolçusu: "Nəticə vacib deyil"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər