Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”ın futbolçusu zədələndi -Yaşıl meydanlardan uzaq qalacaq
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın futbolçusu Abbas Hüseynov zədələnib.
Sportfm.az xəbər verir ki, sağ cinah müdafiəçisi komandanın məşqlərindən birində ağır xəsarət alıb.
İlkin müayinədən sonra 27 yaşlı futbolçunun arxa xaçvari diz bağlarında problem olduğu müəyyən edilib. Onun mövsümü başa vurmaq və daha uzun müddət yaşıl meydanlardan kənar qalma ehtimalı var.
Qeyd edək ki, Abbas Hüseynov bu mövsüm Ağdam klubunda ümumilikdə 21 oyuna çıxıb, 1 qol vurub və1 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Qarabağ"ın zədəli futbolçusu 6 ay oynamayacaq - AÇIQLAMA
“Qarabağ”da Şahruddin şoku
"Qarabağ"ın futbolçusu əməliyyat olundu - FOTO
Abbas Hüseynov "Qarabağ"la davam edəcək
"Mançester Siti"nin aparıcı futbolçusu zədələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası