Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”da Şahruddin şoku
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.
Sportfm.az xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq.
Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.
Oxşar xəbərlər
Şahruddin məşqlərə başladı - FOTO
De Byazi Şahruddindən danışdı
“Qarabağ”ın “Gent”lə oyununda VAR-dan istifadə olunacaq - Konfrans Liqası
“Qarabağ”ın rəqibi səfərdən xalsız döndü - Belçika çempionatı
“Gent”i Kornelis kubokunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası