Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə" Macarıstan klubuna məğlub oldu -Yoxlama oyunu
"Zirə" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama görüşü keçirib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi əvvəlcə Macarıstanın 2-ci liqasında mübarizə aparan “Szeged-Csanad” kollektivi ilə qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin bu matçdakı yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub.
Rəşad Sadıqovun komandası bu gün daha 1 yoxlama oyununa çıxacaq. Komanda ikinci matçda isə Serbiya Superliqası təmsilçisi “Radniçki" olacaq. Bu oyun saat 16:30-da start götürəcək.
Qeyd edək ki, "Zirə" Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib - 3:2. "Zirə" sabah Bakıya qayıdacaq.
Oxşar xəbərlər
"Zirə" serblərlə bərabərə qqaldı - Yoxlama matçı
“Zirə” bu gün iki oyun keçirəcək - Toplanış
"Zirə" Rumıniya klubuna qalib gəldi - Yoxlama oyunu
"Zirə" üç yoxlama matçına çıxacaq
"Zirə" "Sumqayıt"a qarşı - Yoxlama görüşü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası